12px13px15px17px
Tarix:06/01/21

“Tesla” və “Panasonic” arasında akkumulyatorlara dair yeni saziş imzalanıb

“Tesla” və “Panasonic” şirkətləri arasında akkumulyator batareyalarının tədarükünə dair yeni saziş imzalanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, tənzimləyici orqanlara təqdim edilən sənədlərdə şirkətlərin ötən həftə 31 mart 2022-ci il tarixinədək qüvvədə olacaq qiymətqoyma haqqında saziş imzalaması təsdiqini tapıb. Saziş “Panasonic” tərəfindən Yaponiyada istehsal edilən litium-ion akkumulyator elementlərinin tədarükünə aiddir. O, sonradan düzəlişlərin edildiyi 5 oktyabr 2011-ci ildə imzalanmış ilk sazişə əsaslanır. Sənədlə istehsal gücü, qüvvədə olma müddəti ərzində satın alma və investisiya həcmi üzrə öhdəliklər müəyyən edilib.

 

“Panasonic” əvvəllər də “Tesla” şirkətinə “Model S и Model X” elektromobillərində istifadə üçün nəzərdə tutulan Yaponiyada istehsal edilən akkumulyatorların tədarükü ilə məşğul olub. Bu yaxınlarda isə “Panasonic” daha yüksək xüsusiyyətlərə malik yeni akkumulyator elementlərinin istehsalına başlamasını açıqlayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 461

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024