Tarix:19/12/11
Bu barədə ictnews.az-a şirkətdən verilən məlumatda bildirilir. Artıq bir neçə gündür ki, sığorta şirkətləri tərəfindən Azərbaycanda "İcbari sığorta növləri haqqında" qanunun praktiki icrasına başlanılıb.
Motor bürosu "İcbari sığorta növləri haqqında" qanunun tələblərinə əsasən, "Atəşgah" SŞ də daxil olmaqla, Azərbaycanın altı sığorta şirkəti tərəfindən yaradılıb. "Atəşgah" SŞ həm də büronun Himayədarlar Şurasına daxildir.
"İcbari sığorta növləri haqqında" qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
Onlayn rejimdə icbari məsuliyyət sığortası üzrə ilk polis buraxılıb
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" SŞ Motor bürosunun informasiya sistemi vasitəsilə onlayn rejimdə avtonəqliyyat vasitələri sahiblərinin icbari məsuliyyət sığortası üzrə ilk polisin buraxılışını həyata keçirib.Bu barədə ictnews.az-a şirkətdən verilən məlumatda bildirilir. Artıq bir neçə gündür ki, sığorta şirkətləri tərəfindən Azərbaycanda "İcbari sığorta növləri haqqında" qanunun praktiki icrasına başlanılıb.
Motor bürosu "İcbari sığorta növləri haqqında" qanunun tələblərinə əsasən, "Atəşgah" SŞ də daxil olmaqla, Azərbaycanın altı sığorta şirkəti tərəfindən yaradılıb. "Atəşgah" SŞ həm də büronun Himayədarlar Şurasına daxildir.
"İcbari sığorta növləri haqqında" qanun icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyət, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib. "Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "İntermed" Tibb Klinikası "Atəşgah" Sığorta Qrupuna daxildir.
2010-cu ilin nəticələrinə əsasən, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində qrupun sığorta haqları 15,6 mln. manat, ödənişləri isə 5,3 mln. manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
Baxış sayı: 1585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet