“Apple” rəhbərinin qazancı il ərzində 27 faiz artıb
“Apple” korporasiyasının rəhbəri Tim Kuk 2020-ci maliyyə ilində 14,7 milyon dollar qazanıb. Bu barədə şirkətin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının saytında dərc edilən hesabatında deyilir. Bu, bir il əvvəldən 27,8 faiz çoxdur: ötən il bu göstərici 11,5 milyon dollara bərabər olub.
“ICTnews” Elektron Xəbər Xidməti “RBC” resursuna istinadən yazır ki, hazırkı məbləği top menecerin maaşı (3 milyon dollar), şirkət tərəfindən hədəfli göstəricilərin yerinə yetirilməsi üçün ödənilən bonus (10,7 milyon dollar), eləcə də T.Kukun təhlükəsizliyinin təmini və aviauçuşlar üçün xərclər (1 milyon dollar) təşkil edir. “Apple” şirkət rəhbərinin işgüzar və şəxsi səfərlər üçün özəl təyyarədən istifadə etməsini tələb edir.
“The Wall Street Journal” qəzetinin hesablamasına görə, maliyyə ilinin yekunları üzrə T.Kukun 10,7 milyon dollar məbləğində bonusu ötən illə müqayisədə 40 faiz artıb. O zaman şirkət rəhbəri “iPhone” satışlarının aşağı düşməsi səbəbindən mədaxil və gəlirin azalması fonunda 7,7 milyon dollar qazanıb.
2020-ci ildə koronavirus pandemiyası fonunda “Apple” şirkətinin gəliri, əksinə, 3,9 faiz artıb. Buna özünütəcrid rejimi və şirkət işçilərinin və tələbələrin noutbuk və planşetlərə böyük ehtiyac duyduğu məsafəli işə və təhsilə kütləvi keçidi kömək edib. Nəticədə “Apple” səhmlərinin dəyəri 2020-ci ildə 80 faizdən çox artıb, şirkətin kapitallaşması isə 2 trilyon dolları ötüb.
Qeyd edək ki, T.Kuk “Apple” şirkətində 1998-ci ildən çalışır. O, şirkətə 2011-ci ilin avqustunda uzun illər xərçənglə mübarizə aparan Stiv Cobs istefa verdikdən sonra başçılıq etməyə başlayıb.
Nizam Nuriyev
Baxış sayı: 498
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet