12px13px15px17px
Tarix:08/01/21

Çində robot taksilər üçün ilk standart hazırlanıb

“Baidu” korporasiyasının rəhbərliyi və “WM Motor”, “Dongfeng Motor”, “FAW Group”, “BAIC Group”, “Bosch” və “Datang Telecom Technology” şirkətlərinin iştirakı ilə Çində robotlaşdırılmış taksilər üçün ilk texniki standart hazırlanaraq dərc edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hazırlanan standart robotlaşdırılmış taksi tərtibatçıları qrupu üçün tələbləri müəyyənləşdirən ilkin variantdır. Lakin onun ümumi sənaye və milli standartlar statusu alacağı ehtimal olunur. Belə ki, Çin hakimiyyətinin məqsədi avtonom nəqliyyatı inkişaf etdirməkdən ibarət olduğundan sahə üzrə qruplar bu və ya digər şəkildə dəstəklənəcək.

 

Standarta nəqliyyat vasitələrinin istismarı üzrə texniki tələblər, eləcə də avtonom idarəetmə funksiyaları üçün sınaq metodları və tələblər daxildir. Sənəd robot taksilərin təhlükəsizlik, təcrübə, istismar və test kimi vacib sahələrdə tətbiqi üzrə tələbləri tənzimləyir. Məsələn, avtonom nəqliyyat vasitələrindən çuxurlu, dağılmış, çınqıllı yollar və şoselər kimi müxtəlif yol şəraitində ümumilikdə 30 min kilometrlik məsafəni test etmək, eləcə də sınaqdan sonra bütün əsas komponentlərin düzgün işləməsi tələb olunur.

 

Avtonom nəqliyyatın cəmiyyəti dəyişəcəyi gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 437

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024