12px13px15px17px
Tarix:08/01/21

“Lenovo” şirkəti “Snapdragon” prosessoru ilə təchiz edilmiş yeni “5G” noutbukunu təqdim edib

"Lenovo"nun noutbuklar kataloquna tezliklə beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən "Qualcomm Snapdragon 8cx" adlı ARM prosessoru əsasında işləyən yeni model əlavə ediləcək. Orta qiymət seqmenti üzrə hazırlanan yenilik yalnız daxili "5G" modemlə deyil, həm də böyük avtonom müddəti (20 saatadək) ilə fərqlənir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "Lenovo IdeaPad 5G" adlı noutbuk 1920x1080 piksel təsvir ölçülü 14 düymlük ekranla təchiz ediləcək. Qurğunun çəkisi 1,2 kq təşkil edir. Şirkət, həmçinin LTE şəbəkələrində işləmək üçün yeniliyin "Snapdragon 8c" çipi ilə təchiz edilmiş daha ucuz modifikasiyasını təqdim edəcək. Hər iki versiya maksimum konfiqurasiyada 8 QB əməli yaddaş və 512 QB-lıq SSD daşıyıcı ilə təchiz ediləcək.

 

Qurğunun korpusunda 3 ədəd "USB Type-A" portu, enerjidoldurma funksiyasına malik "USB 3.2 Type-C" portu və uyğunlaşdırılmış audiokonnektor yerləşdirilib. Modelin digər xüsusiyyətləri arasında "Windows Hello" biometrik avtorizasiyası üçün infraqırmızı sensordan ibarət veb-kamera və "Wi-Fi 802.11ac" modulu var.

 

İstehsalçının bəyanatına görə, qurğunun akkumulyatoru 20 saat fasiləsiz video izləməyə imkan verir. Yeni cihazın ölçüləri 321,7x207x14,9 mm təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 842

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024