12px13px15px17px
Tarix:12/01/21

“LG” şirkəti şəffaf televizor təqdim edib

“LG” şirkəti “CES 2021” sərgisi çərçivəsində 55 düym diaqonallı üzvi işıq diodlu (OLED) şəffaf televizor təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “OLED Smart Bed” adlı işçi prototipi istifadə etmədikdə çarpayının ayaq tərəfinin daxilinə yerləşdirmək mümkündür. Bundan başqa, şirkət tərəfindən televizorun daxildən qismən çıxarılan zaman bir neçə istifadə senarisi nümayiş olunub: bu halda saat və hava kimi müxtəlif faydalı informasiya göstərilir. Dinamiklər isə həmin çərçivəyə quraşdırılıb.

 

“LG Display” şirkəti metro və digər ictimai yerlər üçün şəffaf ekran əsasında həllər təqdim edib. “OLED”in üstünlüklərini maksimum artıran yeni texnologiya mağaza, ticarət mərkəzləri, arxitektura obyektləri, eləcə də ictimai nəqliyyat, metro vaqonları və təyyarələr daxil olmaqla müxtəlif yerlərdə istifadə oluna bilər.

 

Qeyd edək ki, 2020-ci ilin avqustunda “Xiaomi” şirkəti 55 düymlük şəffaf televizorun buraxılışına başlayıb. Televizor 120 giqahers yeniləmə tezliyinə, 10 bitlik rəng dərinliyinə malikdir və “DCI-P3” rəng məkanını 93 faiz əhatə edir. Qurğu istifadəçilərinin sözlərinə görə, 7 min dollar qiyməti olan televizor “FullHD” təsvir ölçülüdür.

 

Nizam Nuriyev





Baxış sayı: 346

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024