2020-ci ildə e-imza sertifikatlarına tələbat 32% artıb
Ölkəmizdə "Elektron imza" (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2020-ci ildə istifadəyə verilən e-imza tokeninin sayı 17 756 olub. Bu e-imza daşıyıcılarından 9 838-i dövlət qurumlarının, 4 990-ı sahibkarların, 2 928-i isə fiziki şəxslərin payına düşür. Beləliklə, 2019-cu il ilə müqayisədə 2020-ci ildə verilmiş e-imza tokenlərinin sayı 32% çoxdur.
Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı isə 2 058 olub.
E-imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Belə ki, 2020-ci ildə 8 milyona yaxın əməliyyat aparılıb. Onlardan 85%-i dövlət qurumlarının payına düşür. Bu da 2019-cu illə müqayisədə 93% çoxdur.
Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır.
Baxış sayı: 277
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet