12px13px15px17px
Tarix:13/01/21

Köhnəlmiş “Windows 7” əməliyyat sisteminin uğurunun sirri məlum olub

"Windows" sisteminin istifadəçiləri qənaət baxımından ƏS-nin yeni versiyasına keçmək istəmirlər. "Which?" nəşri tərəfindən keçirilmiş sorğunun nəticəsi belə olub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, jurnalistlər "Microsoft"un əməliyyat sistemlərindən istifadə edən 1000-dən çox istifadəçi arasında sorğu keçiriblər. Məlum olub ki, rəyi soruşulanların 13%-i indiyədək köhnəlmiş "Windows 7"dən istifadə edirlər. Sorğu əsasında müəlliflər sözügedən əməliyyat sisteminin bu uğurunun sirrini aydınlaşdırıblar. İstifadəçilərin 30%-i ƏS-nin yeni versiyasına keçid etmək istəmədiyini bildirib, çünki yeniləmə üçün ödəniş etmək istəmirlər.

 

Rəyi soruşulanların 22%-i deyib ki, "Windows 7" əməliyyat sistemi sadə və rahat olduğuna görə ondan istifadə edirlər. Respondentlərin 19%-i bildirib ki, onların kompüteri ƏS-nin yeni versiyalarını dəstəkləmir.

 

Jurnalistlər bildiriblər ki, "Microsoft"un əməliyyat sistemlərinin son versiyaları bir çox fərdi kompüterlərdə dəstəklənməyə bilər. Həmçinin müəlliflər deyiblər ki, "Windows"un aktual versiyası üçün ödəniş məcburi deyil, "Windows 7" və digər ƏS-nin lisenziyalı surətinin sahibləri pulsuz yeniləməyə ümid edə bilərlər. ƏS-nin köhnə versiyalarından istifadə etmək təhlükəlidir, çünki onlar üçün artıq təhlükəsizlik paketləri çıxarılmır.

 

2009-cu ildə istifadəyə verilmiş "Windows 7" əməliyyat sisteminin rəsmi dəstəyi 14 yanvar 2020-ci il tarixində dayandırılıb.

 

Emil Hüseynov





Baxış sayı: 927

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024