12px13px15px17px
Tarix:14/01/21

“Samsung” şirkəti ən ucuz “Galaxy A32 5G” smartfonunu təqdim edib

“Samsung” şirkəti “Unpacked 2021” adlı genişmiqyaslı təqdimat çərçivəsində “Galaxy A32 5G” adlı daha bir smartfonunu təqdim edib. Gözlənildiyi kimi, qurğu beşinci nəsil mobil şəbəkələrini dəstəkləyir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Galaxy A32 5G” aparatı HD təsvir ölçülü 6,5 düymlük ekran, 13 mp-lik ön kamera və 4-dən 8 QB-dək əməli yaddaşla təchiz edilib. Bütün variantlarda daxili yaddaşın tutumu 128 QB təşkil edir. Yeni model “MediaTek Dimensity 720” prosessoru ilə işləyir.

 

Qurğu 5000 milliamper/saat tutumlu akkumulyator, 48, 8, 5 və 2 mp-lik sensorlardan ibarət əsas kameraya malikdir. Smartfonun dəqiq qiyməti və satışa çıxarılma tarixi haqqında informasiya bir müddət sonra açıqlanacaq.

 

Emil Hüseynov





Baxış sayı: 462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024