12px13px15px17px
Tarix:15/01/21

“iPhone 12 Pro” smartfonunun prototipi məlum olub

Proqram tərtibatçısı Culio Zompettinin "Twitter" hesabında "iPhone 12 Pro" smartfonunun prototipinin fotoşəkili dərc edilib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, yeni qabaqcıl "Apple" qurğusuna bənzəyən smartfonun fotoşəkilini yerləşdirən proqram tərtibatçısı onun prototip versiyasını əldə etdiyini bildirib. Konstruksiya baxımından yeni qurğu xarici görünüşünə görə hazırda satışda olan "iPhone 12 Pro" modelindən fərqlənmir. Lakin mütəxəssis qeyd edib ki, model test nümunəsi olduğundan satış üçün nəzərdə tutulmayıb.

 

Birincisi, açıqlanan smartfonun arxa panel və yan çərçivəsində sertifikasiya oyması həkk edilməyib. İkincisi, smartfon alternativ "SwitchBoard" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Proqram tərtibatçısının sözlərinə görə, bu əməliyyat sistemi hazırkı "iOS 14.1" sisteminə çox bənzəsə də, sistemin interfeys elementləri ekran ölçüsünə uyğunlaşdırılmayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 487

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 May 2024

06 05 2024