“HP EliteBook 805 G8” noutbuklar seriyasına üç model daxildir
"HP" şirkəti "EliteBook 805 G8" seriyalı portativ kompüterlər təqdim edib. Korporativ istifadəçilər üçün nəzərdə tutulan yeni qurğular inteqrasiya edilmiş "Radeon" qrafik sürətləndiricisinə malik "AMD Ryzen Pro 5000" prosessorları üzərində qurulub.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews." resursuna istinadən yazır ki, nümayiş olunan "EliteBook 835 G8", "EliteBook 845 G8" və "EliteBook 855 G8" noutbukları müvafiq olaraq 13,3, 14 və 15,6 düym diaqonallı "Full HD" (1920 × 1080 piksel) təsvir ölçülü ekranlarla təchiz edilib. Bununla yanaşı, parlaqlığı 1000 kandel/kvadratmetr təşkil edən "Sure View" kimi müxtəlif növ matrisalar tətbiq edilə bilər.
Maksimal konfiqurasiya 64 giqabaytlıq "DDR4-3200" operativ yaddaş və 2 terabayt tutumlu "NVMe PCIe 3.0 x4" bərkcisimli toplayıcısı ilə təchiz olunub. Həmçinin "Intel AX200 Wi-Fi 6" və "Bluetooth 5" simsiz rabitə adapterləri, eləcə də "NFC" kontrolleri nəzərdə tutulub. Ayrıca olaraq mobil rabitə şəbəkələrinə qoşulmaq üçün "4G/LTE" modemini quraşdırmaq mümkündür.
İnterfeyslər dəstinə iki "USB Type-C" və "USB Type-A" portu, "HDMI 2.0" çıxışı və 3,5 millimetrlik standart audioçıxış daxildir. İstifadəçilərin identifikasiyası üçün infraqırmızı kamera və daktiloskopik skaner mövcuddur.
Həmçinin stereofonik dinamikli "Bang & Olufsen" audiosistemi, üç mikrofondan ibarət massiv və "smart" kart oxuyucusu sadalanır.
Noutbuklar "Windows 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
Nizam Nuriyev
Baxış sayı: 998
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet