12px13px15px17px
Tarix:18/01/21

“iPhone 13” smartfonunun buraxılışı bir il ertələnib

"Apple" şirkəti 2021-ci ildə "iPhone 12s" seriyalı smartfonlar buraxacaq. Bu barədə Çinin "China Mobile" nəşrinin mənbələrə istinadən məlumatında deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, ilin ikinci yarısına planlaşdırılan smartfonlar aktual nəsil qurğulardan cüzi fərqlənəcək. Blogerlərin sözlərinə görə, bununla əlaqədar "Apple" şirkəti "iPhone 13" adından imtina etmək qərarına gəlib. Şirkətin "iPhone 13" modelinin buraxılışını 2022-ci ilə təxirə salaraq 2021-ci ildə "iPhone 12s" adlı qurğular seriyası təqdim edəcəyi ehtimal olunur.

 

Jurnalistlər qeyd edib ki, növbəti nəsil qurğular "Face ID" sensoru üçün daha kiçik ekran kəsiyi və 120 giqahers yeniləmə tezliyinə malik displeylə təchiz ediləcək. Seriyanın təkcə bahalılar deyil, o cümlədən bütün smartfonları lidarlı kamera ilə təchiz olunacaq. Qurğular yeni "Apple A15 Bionic" çipi ilə buraxılacaq.

 

Bununla yanaşı, şirkət 2020-ci ildəki mövcud qurğu sayını saxlayacaq. "Apple" tərəfindən "iPhone 12s", "12s mini", "12s Pro" və "12s Pro Max" modellərinin buraxılacağı gözlənilir.

 

Qeyd edək ki, adının sonunda "S" hərfi olan sonuncu "Apple" smartfonu 2018-ci ilin sonunda nümayiş olunub. Belə ki, şirkət tərəfindən 2017-ci ildə təqdim edilən "iPhone X" modelinin təkmilləşdirilmiş versiyası olan "iPhone Xs" modeli işıq üzü görüb.

 

Nizam Nuriyev





Baxış sayı: 247

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Mart 2021

06 03 2021

06/03/21
“Microsoft”un proqram təminatında aşkar edilmiş boşluq ABŞ-da 20 mindən çox təşkilatı təhdid edir

“Microsoft” korporasiyasının “Exchange Server” proqram təminatında aşkar edilmiş boşluğa görə ABŞ-da 20 mindən çox

06/03/21
Yaponiyada steril plastik kart ixtira edilib

Yaponiyanın “Toppan” poliqrafiya şirkəti elektron ödəniş sistemlərində nağdsız