“Google” servisli ilk “Honor” smartfonu məlum olub
“Google” servislərinə malik ilk “Honor” smartfonu “V40” modeli olacaq. Bu barədə “Mobiltelefon” nəşrinin mənbələrə istinadən məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, blogerlərin məlumatına görə, “Honor V40” (Avropada V40 View adlanacaq) şirkətin ABŞ sanksiyaları aradan qaldırıldıqdan sonra ilk smartfonu olacaq. Qurğu “Google” servis və proqramlar paketi ilə təchiz ediləcək. Jurnalistlərin fikrincə, smartfonun buraxılışının dekabrdan yanvara keçirilməsi məhz bu faktla əlaqədardır.
Bildirilir ki, smartfonun nümayişi yanvarın 22-də Çində keçiriləcək. Qlobal təqdimatı bir müddət sonra baş tutacaq qurğunun Avropada yazda satışa çıxarılacağı gözlənilir.
“Honor V40” smartfonu 120 giqahers yeniləmə tezlikli 6,72 düym diaqonallı “AMOLED” ekran, “MediaTek Dimensity 1000 ” prosessoru ilə təchiz olunacaq. Smartfonun arxa panelinə 50 meqapikselli əsas obyektivə malik üçlü əsas kamera, ön panelinə isə 32 və 16 meqapikselli qoşa ön kamera quraşdırılacaq.
Nizam Nuriyev
Baxış sayı: 598
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet