12px13px15px17px
Tarix:22/01/21

“OnePlus” və “OPPO” smartfonların hazırlanmasında səyləri birləşdirir

Məşhur rəqəmli texnika istehsalçıları kimi tanınan “OPPO” və “OnePlus” şirkətləri arasında mobil texnologiyalar sahəsində əməkdaşlıq, elmi tədqiqat və təcrübi-konstruktor işləri şöbələrinin birləşdirilməsi haqqında razılıq əldə edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Çinin “DoNews” portalının “OPPO” mənbələrinə istinadən məlumatına görə, şirkətlərin elmi tədqiqat mərkəzləri vahid strukturda birləşdiriləcək. Bununla yanaşı, hər bir istehsalçı öz proqram təminatını qoruyub saxlayacaq, mobil texnologiyalarla bağlı birgə tədqiqatların nəticələri isə hər iki brendin hazır məhsullarında istifadə ediləcək.

 

Ekspertlər qeyd edir ki, bu qərar ümumi işləmə və tədqiqat sisteminin xarakterik olduğu “Xiaomi” və “Redmi” şirkətlərinin fəaliyyət modelini xatırladır.

 

Çin şirkətlərinin nümayəndələri qərara hələ kimi rəsmi münasibət bildirməyiblər.

 

Nizam Nuriyev





Baxış sayı: 434

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024