2020-ci ilin ən yaxşı Çin smartfonları bəlli olub
Populyar “Master Lu” saytı 2020-ci ilin ən məhsuldar smartfonlarını açıqlayıb. Bu barədə Çinin “MyDrivers” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, reytinqin yüksək pillələrində yer almaq üçün əsas kriteri kimi “işin rəvanlığı” (smoothest performance) irəli sürülüb. İlk onluqda xarici istehsallı smartfonun olmamasını nəzərə alaraq test Çində buraxılan qabaqcıl qurğular arasında aparılıb.
Saytın versiyasına görə, Çin qurğuları arasında ən məhsuldar smartfon ölkə hüdudlarından kənarda “Xiaomi Mi 10 Ultra” adı ilə buraxılan və 202,72 bal qazanan “Xiaomi Mi 10 Extreme Commemorative Edition” seçilib. İkinci və üçüncü mövqelərdə müvafiq olaraq 201,69 və 198,88 bal toplayan “Redmi K30 Ultra” və “Oppo Find X2 Pro” qərarlaşıb. İlk onluğa, həmçinin “Nubia Red Magic 5S”, “Oppo Ace2”, “Huawei Mate 40 Pro”, “Nubia Red Magic 5G”, “Honor 30 Pro ”, “Huawei P40 Pro ” və “iQOO Neo3” modelləri daxil olub.
“Master Lu” hesabatının izahatında qeyd olunur ki, onluğun lideri işin rəvanlığına görə qabaqcıl “iPhone” modelləri ilə müqayisə oluna bilər. Qabaqcıl “Xiaomi” modeli 6,67 düym diaqonallı “OLED” ekran, “Snapdragon 865” çipi, 8 giqabaytlıq operativ yaddaş, 48, 48, 12 və 20 meqapikselli əsas kamera ilə təchiz edilib.
Bir müddət əvvəl populyar “DxOMark” laboratoriyası da ilin yekunlarını açıqlayıb. Sınaqların nəticələrinə görə, ən yaxşı kameraya malik qurğu “Huawei Mate 40 Pro” seçilib. “Xiaomi Mi 10 Extreme Commemorative Edition” isə ən yaxşı zummerlə təchiz edilən smartfon kimi müəyyənləşdirilib. “Ən yaxşı kameralı smartfon” kateqoriyasında “Samsung Galaxy Note20 Ultra” qalib olub.
Nizam Nuriyev
Baxış sayı: 611
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet