12px13px15px17px
Tarix:25/01/21

“Apple” şirkəti “iPhone SE” və “iPhone 6s” smartfonlarının dəstəyini dayandırır

Populyar "iPhone SE" modeli "iOS 15" əməliyyat sistemindən məhrum ediləcək. Bu haqda "Apple" şirkətindəki mənbəsinə istinadən Fransanın "iPhoneSoft" nəşri məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "iOS 15" sisteminin hazırlanması ilə məşğul olan insayderin məlumatına görə, "Apple" şirkəti "iPhone SE", "6s" və "6s Plus" modellərinin dəstəyini dayandırmağa qərar verib. Həmçinin "iPad mini 4", "iPad Air 2" və "iPad 5" planşetləri əməliyyat sisteminin yeni versiyasının xüsusi modifikasiyasından (iPadOS 15) məhrum ediləcək.

 

Göründüyü kimi, "iOS 15" sistemi "iPhone 7", "7 Plus" və yeni qurğularda əlçatan olacaq. Bundan başqa, ƏS-nin yeni versiyası yeddinci nəsil "iPod touch" və daha yeni pleyerlərdə əlçatan olacaq.

 

"iOS 15" və "iPadOS 15" əməliyyat sistemlərinin ilk beta versiyasının çıxarılması 2021-ci ilin iyununa planlaşdırılıb. "Apple" şirkətinin smartfon və planşetləri üçün əməliyyat sistemlərinin sabit versiyaları payızda təqdim ediləcək.

 

2016-cı ilin martında təqdim edilmiş "iPhone SE" bir vaxtlar dünyada ən populyar smartfon hesab edilirdi. Aparat 4 düymlük ekran, "Apple A9" çipi, 16 QB daxili yaddaş, 12 meqapiksellik tək kameraya malikdir. ABŞ şirkəti 2020-ci ilin yazında "Apple SE" modelinin yenilənmiş versiyasını təqdim edib.

 

Emil Hüseynov





Baxış sayı: 108

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Fevral 2021

25 02 2021

25/02/21
Sement istehsalçısı akkumulyator dünyasında inqilab hazırlayır

Əksər litium-ion batareyalarında tərkibi nikel və ya kobaltdan ibarət katodlardan istifadə olunur. Yaponi

25/02/21
“Apple” şirkəti “iPad mini” planşetindən imtina edir

“Apple” şirkəti qatlanan cihazlara üstünlük verərək ən yığcam planşetindən imtina edəcək. Bu haqda Çinin

25/02/21
2020-ci ilin ən çox satılan smartfonları məlum olub

“Omdia” analitik şirkəti mobil bazarda araşdırma apararaq ötən ilin ən populyar smartfonlarını müəyyənləş

25/02/21
“Apple” smartfonların satış həcminə görə “Samsung”u ötüb

“Apple” son 4 ildə ilk dəfə rüb ərzində smartfonların satış həcminə görə “Samsung”u ötüb.

25/02/21
“LG webOS” platforması digər istehsalçıların televizorlarına quraşdırılacaq

Cənubi Koreyanın “LG Electronics” (LG) şirkəti “webOS” əməliyyat sisteminin ekosistemini genişləndirib. B

25/02/21
“Apple” rəhbəri 2020-ci ilə yekun vurub

“Apple” şirkətinin rəhbəri Tim Kuk 2020-ci ili innovasiyalar üçün ən yaxşı il adlandırıb. Bu barədə korpo

25/02/21
“Realme Narzo 30 Pro 5G” smartfonu təqdim edilib

“Realme” şirkəti orta səviyyəli “Narzo 30 Pro 5G” smartfonunu nümayiş etdirib.

25/02/21
“Xiaomi” avtomobil buraxacaq

“Xiaomi” şirkəti yaxın illər ərzində avtomobil buraxa bilər. Bu barədə Çinin “Donews” nəşrinin məlumatınd