“WhatsApp” 30 milyondan çox istifadəçi itirib
Populyar “WhatsApp” messenceri yanvarın əvvəlindən 30 milyondan çox istifadəçidən məhrum olub. “The Guardian” nəşrinin məlumatına görə, bu, istifadəçilərin proqramdan istifadə üzrə yenilənmiş şərtləri mənfi qiymətləndirməsi ilə əlaqədardır.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “WhatsApp” sahiblərinin hərəkətləri nəticəsində istifadəçilər “Signal” və “Telegram” kimi messencerlərə keçməyə başlayıblar. Böyük Britaniya Parlamenti Komitəsinin qiymətləndirməsinə görə, yanvarın üç həftəsi ərzində “Signal” istifadəçilərinin sayı 7,5 milyon nəfər artıb, “Telegram”a isə 25 milyona yaxın istifadəçi qoşulub ki, bu da qeyd olunan servislərin adi dinamikasını üstələyir.
“App Annie” analitik şirkətinin məlumatına görə, “WhatsApp” yanvarın ortalarında Britaniyada ən çox yüklənilən proqramlar reytinqində səkkizinci pillədən aşağı enib. Nümunə kimi “Signal” messencerində fenomenal artım göstərilir – yanvarın 6-da proqram reytinqin ilk onluğunda yer almasa da, yanvarın 9-da ölkədə ən çox yüklənilən olub.
“WhatsApp” yenilənmiş istifadəçi sazişini yanvarın 8-də təqdim edib. Proqramın yeni versiyasında bəyan edilib ki, “WhatsApp” messencerin sahibi “Facebook” sosial şəbəkəsi ilə məlumat mübadiləsi etməyə başlayacaq.
İstifadəçilər tərəfindən etiraz dalğalarından və digər proqramlara keçiddən sonra “WhatsApp” yeni sazişin tətbiqi müddətini təxirə saldığını açıqlayıb. Yeni tarix kimi 15 may göstərilir.
Nizam Nuriyev
Baxış sayı: 514
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet