“SpaceX” şirkəti rekord sayda peyk buraxıb
"SpaceX" şirkəti "Falcon 9" raketdaşıyıcısı vasitəsilə rekord sayda peykin uğurlu buraxılışını həyata keçirib.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, buraxılan 143 peyk arasında 10 ədəd "Starlink" aparatı yer alıb. Daha 48 aparat Yer səthini öyrənən "Planet" şirkətinə məxsusdur. Bundan başqa, əməliyyata "Əşyalar interneti" sahəsində ixtisaslaşan "Swarm Technologies" şirkətinin 36 minipeyki cəlb olunub. Missiya "Transporter-1" adlanır.
Çəkisi 200 kiloqram təşkil edən peykin buraxılışı 1 milyon dollar qiymətləndirilir. Bir kiloqram üçün nəzərdə tutulan göstərici ötən zaman qiymətə 5 min dollar əlavə edilir.
Məlumata görə, 143 peyki daşıyan "Falcon 9" raketdaşıyıcısının buraxılışı əvvəlcə yanvarın 23-nə planlaşdırılsa da, şirkət rəhbərliyi əlverişsiz hava şəraiti səbəbindən onu 1 gün təxirə salıb.
Yanvarın 18-də İlon Maskın (SpaceX şirkətinin sahibidir) rəqibi olan "Virgin Orbit" şirkəti "LauncherOne" raketini ilk dəfə orbitə buraxıb. Buraxılış zamanı orbitə 9 ədəd "CubeSat" peyki çıxarılıb.
Nizam Nuriyev
Baxış sayı: 498
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet