Tarix:20/12/11
A.Rzayevin sözlərinə görə, üç seysmik stansiya Naxçıvan Muxtar Respublikasında (Şahbuz, Ordubad və Heydərabad) işə salınıb.
Bundan savayı, Mərkəz tərəfindən, həmçinin, daha 6 seysmik stansiya istismara verilib. Bütün stansiyalar peyk sisteminə qoşulub.
Hazırda respublika ərazisində işləyən seysmik stansiyaların ümumi sayı 31 ədəddir.Baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisindədir. Buraya peyk vasitəsilə real zaman rejimində mütəmadi olaraq respublikanın seysmoaktiv nöqtələrində quraşdırılmış vibrasiya sensorlarından məlumat daxil olur.
Məlumatların işlənməsindən sonra sistem zəlzələnin dəqiq yeri, onun gücü və vaxtı barədə məlumat verir.RSXM-in korporativ şəbəkəsinə "Delta Telecom" xidmət göstərir.
Rzayevin sözlərinə görə, 3 alt seysmoqraf 2012-ci ilin aprelində dənizdə ("Ümid", "Çilov" və "Çıraq" yataqlarında) quraşdırılacaq. Dənizdə quraşdırılacaq avadanlıq artıq sifariş edilib.
Seysmik avadanlığın təchizatçısı ABŞ-ın "Kinemetrics" şirkətidir. Bu stansiyalardan başqa, RSXM respublika ərazisində daha 5 seysmik stansiyanı quraşdırmağı planlaşdırır.
Azərbaycan Elmlər Akademiyası 9 yeni seysmik stansiyanı işə salıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) doqquz yeni seysmik stansiyanı işə salıb. Bu barədə Mərkəzin baş direktorunun müavini Azay Rzayev məlumat verib.A.Rzayevin sözlərinə görə, üç seysmik stansiya Naxçıvan Muxtar Respublikasında (Şahbuz, Ordubad və Heydərabad) işə salınıb.
Bundan savayı, Mərkəz tərəfindən, həmçinin, daha 6 seysmik stansiya istismara verilib. Bütün stansiyalar peyk sisteminə qoşulub.
Hazırda respublika ərazisində işləyən seysmik stansiyaların ümumi sayı 31 ədəddir.Baş stansiya Bakıda Akademiya şəhərciyinin ərazisindədir. Buraya peyk vasitəsilə real zaman rejimində mütəmadi olaraq respublikanın seysmoaktiv nöqtələrində quraşdırılmış vibrasiya sensorlarından məlumat daxil olur.
Məlumatların işlənməsindən sonra sistem zəlzələnin dəqiq yeri, onun gücü və vaxtı barədə məlumat verir.RSXM-in korporativ şəbəkəsinə "Delta Telecom" xidmət göstərir.
Rzayevin sözlərinə görə, 3 alt seysmoqraf 2012-ci ilin aprelində dənizdə ("Ümid", "Çilov" və "Çıraq" yataqlarında) quraşdırılacaq. Dənizdə quraşdırılacaq avadanlıq artıq sifariş edilib.
Seysmik avadanlığın təchizatçısı ABŞ-ın "Kinemetrics" şirkətidir. Bu stansiyalardan başqa, RSXM respublika ərazisində daha 5 seysmik stansiyanı quraşdırmağı planlaşdırır.
Baxış sayı: 878
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet