Yeni “iOS” versiyası istifadəçilərin eşitmə qabiliyyətinin qayğısına qalacaq
“Apple” şirkəti “iOS” əməliyyat sisteminin yeni versiyasını göndərməyə başlayıb. “iPhone” və “iPad” qurğuları üçün yeniləmə səhvləri aradan qaldırır və bir sıra funksiyaların işini yaxşılaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “iOS 14.4” versiyasında əsas xüsusiyyət quraşdırmalarda qoşulan “Bluetooth” qurğusunun tipini göstərmək imkanıdır. Funksiya səs səviyyəsinin düzgün ölçülməsi üçün əhəmiyyət kəsb edir. Məsələn, qulaqcığı seçən zaman sistem musiqinin uca səslənməsi və bir müddət sonra bunun istifadəçinin eşitmə qabiliyyətinə ziyan verəcəyi barədə xəbərdarlıq edəcək.
Təkmilləşdirilmiş kamera proqramı nisbətən kiçik ölçüyə malik “QR” kodlarını oxuyacaq. Belə ki, qeyri-rəsmi servis mərkəzində orijinal olmayan kameranı quraşdıran “iPhone 12” seriyalı smartfonların sahiblərinə modulun orijinal kimi müəyyənləşdirilməməsi barədə bildiriş göndəriləcək. Bununla yanaşı, kameranın işi bloklanmayacaq.
Bundan başqa, “iOS 14.4” versiyası aktivlik barədə köhnəlmiş məlumatların göstərildiyi “Fitnes” interfeys elementinə düzəlişlər edir və “iPhone 12 Pro” smartfonunda “HDR” formatlı fotoçəkiliş zamanı vizual maneələri aradan qaldırır.
Həmçinin klaviaturada mətnin daxil edilməsini yubadan, “Bildirişlər” bölməsində isə klaviaturanın istifadəçinin arzulamadığı dildə göstərilməsi ilə bağlı problemlər aradan qaldırılıb.
Məlumata görə, sistem yeniləməsi avtomatik göndərilir. Onun mövcudluğunu “Quraşdırmalar” → “Əsas” → “Proqram təminatı yeniləməsi” parametrlərini açdıqdan sonra “Yükləmək və quraşdırmaq” keçidinə keçərək əllə yoxlamaq mümkündür.
Nizam Nuriyev
Baxış sayı: 538
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet