“Sony” şirkətinin ən bahalı smartfonu təqdim edilib
“Sony” şirkəti qabaqcıl “Xperia Pro” smartfonunun qiymətini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, aparat hələ 2020-ci ilin fevralında “Xperia 1 II” cihazı ilə birgə təqdim edilmişdi, ancaq şirkət 2021-ci ilin qışına kimi sözügedən qurğunun bazara çıxarılmasını təxirə salmışdı. “Xperia Pro” hazırda yapon şirkətinin ən bahalı smartfonudur, onun qiyməti 2500 dollar təşkil edir. Telefonu yalnız ABŞ-da satın almaq olar.
Cihaz 4K təsvir ölçüsü və HDR dəstəkli 6,5 düymlük OLED displeyə malikdir. 2020-ci ilin əvvəlində qabaqcıl çip hesab edilən “Snapdragon 865” prosessoru, 12 QB əməli yaddaş və 512 QB daxili yaddaşla təchiz edilib. “Xperia Pro” aparatının arxa panelində hər birinin təsvir ölçüsü 12 meqapiksel olan üçqat kamera quraşdırılıb, ön paneldə isə 8 mp-lik kamera yerləşdirilib.
Qurğu peşəkar videoməzmun yaradıcıları üçün nəzərdə tutulub. HDMI portunun köməyi ilə cihazı videokameranın kənar monitoru kimi istifadə etmək olar, “5G mmWave” standartının dəstəyi minimal gecikmə ilə böyük həcmdə məlumat ötürməyə imkan verir. “Xperia Pro” aparatı, həmçinin qulaqlıqlar üçün 3,5 mm-lik konnektora, “IP68” standartı üzrə su və tozdan qoruma sisteminə, stereodinamiklərə malikdir. “Android 10” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
Emil Hüseynov
Baxış sayı: 527
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet