12px13px15px17px
Tarix:29/01/21

Yeni “iPhone” smartfonu haqqında təfərrüatlar məlum olub

Buraxılışı payıza planlaşdırılan “Apple” smartfonları yeni məlumat ötürmə standartı ilə təchiz ediləcək. Bu barədə “MacRumors” nəşrinin məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, jurnalistlər “Barclays” bankının analitiklərinin “Apple” və “Skyworks Solutions” arasında tərəfdaşlıqdan bəhs edən hesabatına istinad edirlər. Sonuncu ABŞ-ın ən böyük yarımkeçiricilər istehsalçısıdır. Açıqlanan məlumatda yeni “iPhone” smartfonlarının “WiFi 6E” standartı dəstəyi ilə təchiz ediləcəyi bildirilir. Ekspertlər tərəfindən “Apple” və “Samsung” şirkətlərinin yeni standarta mümkün keçidi ətraflı təsvir edilərək bundan sahə üzrə bir sıra nümayəndələrin faydalanacağı izah olunur.
 
Müəlliflər qeyd edib ki, “Wi-Fi 6E” texnologiyası “iPhone 11” və “iPhone 12” seriyalı smartfonların dəstəklədiyi “Wi-Fi 6” standartının təkmilləşdirilmiş versiyasıdır. Daha yüksək məlumat ötürmə sürətini təmin edən yeni texnologiya 6 giqahers tezliyində işləməyə imkan verir. Smartfon və ev texnikasının əksər hissəsinin məlumatları 2,4-5 giqahers tezliklərində ötürməsi nəzərə alınaraq “Wi-Fi 6E” standartından istifadə kanalın buraxılış qabiliyyətini artırmağa və maneələrin sayını azaltmağa imkan verəcək.
 
Bir müddət əvvəl ABŞ Federal Rabitə Komissiyası (FCC) “Wi-Fi 6E” standartının 6 giqahers diapazonunda lisenziyasız istifadəsinə icazə verib.
 
Qeyd edək ki, satışda “Wi-Fi 6E” dəstəkli ilk smartfonlardan biri yanvarın 14-də keçirilən tədbirdə təqdim edilən qabaqcıl “Samsung Galaxy S21 Ultra” modeli olub.
 
Nizam Nuriyev




Baxış sayı: 579

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024