12px13px15px17px
Tarix:01/02/21

Əməliyyatsız yaxındangörməni korreksiya edən “ağıllı” eynək yaradılıb

Yaponiyanın “Kubota Pharmaceutical” şirkəti cərrahi müdaxiləsiz görmə qabiliyyətini korreksiya etməyə imkan verən “ağıllı” eynək yaradıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, cərrahi müdaxilə olmadan yaxındangörmənin korreksiyası üçün “Kubota Pharmaceutical” innovativ eynəyinin gündə 30 dəqiqə taxılması tələb olunur. Eynək linzalarının görüntüsü xüsusi üsulla gözün torlu qişasına proyeksiya edildiyindən gözlər tədricən özləri refraksiyanın səhvini aradan qaldırır.

 

Prosesin texniki tərəfləri barədə ətraflı məlumat verilməsə də, eynəyin göz əzələlərini məşq etdirərək qavrayışı korreksiya etməyə imkan verəcəyi ehtimal olunur. İstehsalçı şirkətin nümayəndələrinin sözlərinə görə, daha yaxşı görməyə başlamaq üçün gündə yarım saat “ağıllı” eynəyi taxmaq kifayət edir.

 

Hazırda potensial inqilabi qurğunun Yaponiya və ABŞ-da kliniki sınaqları keçirilir. Bu baxımdan “Kubota Pharmaceutical” eynəyinin yaxındangörmədən əziyyət çəkən çoxsaylı insanlara kömək edəcəyini demək hələ ki çətindir, lakin qurğu effektli olacağı təqdirdə görmə qabiliyyətinin korreksiyası günümüzdəkindən daha asan prosedura çevrilə bilər.

 

Nizam Nuriyev





Baxış sayı: 519

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024