12px13px15px17px
Tarix:01/02/21

Ötən il dünya planşetlər bazarında lider kim olub?

2020-ci ilin dördüncü rübündə “Apple” şirkəti planşetlər bazarında mövqeyini möhkəmlədib. Bu barədə “Сanalys” şirkətinin statistik məlumatlarında deyilir. Belə ki, dördüncü rübdə tədarük həcmi 2019-cu ilin analoji dövrü ilə müqayisədə 40 faiz artaraq 19,2 milyona çatıb ki, bu da şirkətin 2014-cü ildən ən yaxşı göstəricisi olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, ikinci pillədə 9,9 milyon tədarük edilmiş qurğu ilə “Samsung” yer alıb. Bu, 2019-cu ilin dördüncü rübünün tədarükündən 41 faiz çoxdur. Reytinqin üçüncü və sonrakı yerlərini müvafiq olaraq “Amazon”, “Lenovo” və “Huawei” tutub. Bununla yanaşı, “Lenovo” planşetlərinin illik tədarük həcmi 125 faiz artıb, “Huawei” planşetlərinin göstəriciləri isə azalıb.

 

2020-ci ilin yekunlarının nəticələrinə nəzər saldıqda, “Apple” 37 faiz payla dünyanın ən böyük planşet tədarükçüsü olaraq qalır. İkinci mövqedə 19 faizlə “Samsung” qərarlaşıb. Liderlər üçlüyünü bazarda 10 faiz paya sahib çıxan “Huawei” tamamlayıb. “Amazon” Çin şirkətindən cüzi geridə qalıb, “Lenovo” isə 9 faizlə beşinci pillədə qərarlaşıb. Eyni zamanda 2020-ci ildə planşetlərin ümumi tədarükü 2019-cu illə müqayisədə 28 faiz artıb.

 

Analitiklərin fikrincə, planşetlərin başlıca xüsusiyyəti universallıqdadır ki, bu da onları müxtəlif senarilərdə istifadəyə imkan verir.

 

Nizam Nuriyev





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024