İlk bioparçalanan displeylər hazırlanıb
Hər il elektron tullantıların miqdarı 100 milyon ton artır. Üzvi maddələr əsasında hazırlanmış bioparçalanan ekranlar bu göstəricini azaltmaq üçün səmərəli üsullarından biri ola bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Karlsrue Texnologiya İnstitutunun alimlərinin məlumatına görə, onlar dünyada mövcud sənaye metodlarının köməyi ilə istehsal edilə bilən ilk bioparçalanan displeylər hazırlayıblar. Texnologiya üzvi materialın elektroxrom effektinə əsaslanıb. Bu o deməkdir ki, qurğu lazımi informasiyanı göstərmək üçün rəngini dəyişdirə bilər.
Tədqiqatçılar əmin edirlər ki, belə ekranlar satış üçün əlçatan olan ekranlarla (işıq diodu, maye kristal ekran və elektron kağız) müqayisədə daha aşağı enerji sərfiyyatına və sadə komponent arxitekturasına malikdir. Belə bir materialın şırnaqlı çap üsulu ilə hazırlanması imkanı əsas üstünlüklərindən biri hesab edilir. Son mərhələdə jelatinlə hermetizasiya edilir ki, bu da ekranı birbaşa dəriyə bərkitməyə imkan verir.
Emil Hüseynov
Baxış sayı: 878
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet