12px13px15px17px
Tarix:02/02/21

“iPhone” maska taxmış şəxsin üzünü tanımağı öyrənib

“iOS” əməliyyat sisteminin yeni versiyasında “Face ID” ilə blokdan çıxartma funksiyası əlçatan olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, indi maska taxmış “iPhone” istifadəçiləri Apple Watch” saatları sayəsində “Face ID” ilə öz smartfonunu tez bir zamanda blokdan çıxara biləcəklər.

 

Yeni seçim yalnız “iPhone”u blokdan çıxartmaq üçün əlçatandır. “App Store”də ödəniş və parolların avtomatik doldurulması yalnız parolun daxil edilməsindən sonra işləyəcək.

 

Yeni imkan “iOS 14.5” beta versiyasında istifadəyə verilib. Digər yeniliklər arasında coystik və iki SİM kart rejimində “5G” dəstəyi var.

 

Emil Hüseynov





Baxış sayı: 784

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024