12px13px15px17px
Tarix:03/02/21

Superkompüterlər yeni virusun hücumuna məruz qalıblar

"ESET" şirkətinin mütəxəssisləri yeni kompüter virusunun aşkar edilməsi ilə bağlı hesabat dərc ediblər. Zərərli proqram təminatı artıq dünyada fəaliyyət göstərən superkompüterlərə qarşı bir sıra genişmiqyaslı hücumlar həyata keçirib. Yalnız "Windows" serverlər deyil, həm də "Linux", "BSD" və "Solaris" sistemlərinin idarəetməsi altında işləyən qurğular problemlə üzləşiblər.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, hesabata görə, "Kobalos" adlandırılmış zərərverici proqram hakerlərə fayl sisteminə uzaq məsafədən giriş imkanı yaradır, terminal seansları işə salmağa və həmçinin virusa yoluxdurulmuş başqa serverlərlə proksi-qoşulmalar həyata keçirməyə imkan verir. Artıq Avropada elmi tədqiqat və universitet şəbəkələri müdaxiləyə məruz qalıblar. Bundan başqa, Asiyanın böyük internet-provayderi, Şimali Amerikanın antivirus məhsulları tədarükçüsü, həmçinin bir neçə özəl və hökumət serveri hücuma məruz qalıblar.

 

Emil Hüseynov





Baxış sayı: 720

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024