2021-ci ilin əvvəli üçün ən məhsuldar smartfon bəlli olub
Smartfonların məhsuldarlığını yoxlayan populyar “AnTuTu” xidməti 2021-ci ilin yanvar ayı üçün aktual modellərin məhsuldarlıq reytinqini dərc edib. Reytinqdə yeni lider meydana çıxıb.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, “AnTuTu” xidməti tərəfindən dərc edilmiş yanvar reytinqində ilk yeri 728784 bal toplamış “iQOO 7” aparatı tutub, ötən ayın lideri olan “Xiaomi Mi 11” aparatını geridə qoyub. Hər iki model yeni “Qualcomm Snapdragon 888” platforması ilə işləyir.
“Android” smartfonları arasında məhsuldarlıq göstəricisinə görə üçüncü və dördüncü yerləri “Kirin 9000” prosessoru ilə təchiz edilmiş “Huawei Mate 40 Pro ” və “Mate 40 Pro” smartfonları tutublar.
Emil Hüseynov
Baxış sayı: 480
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet