12px13px15px17px
Tarix:04/02/21

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları görkəmli alim Lütfi Zadəni yad etdilər

Görkəmli alim Lütfi Zadənin doğum günündə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları Fəxri Xiyabanda onun məzarını ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Qeyri-səlis məntiq nəzəriyyəsinin müəllifi, ABŞ-ın Berkli Universitetinin professoru, Soft Computing İnstitutunun direktoru olmuş dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasından 100 il ötür.

 

Dahi alimin zəngin elmi yaradıcılığı, süni intellekt, qeyri-səlis məntiq sahəsində elmi yenilikləri hələ uzun illər dünya elminin inkişafında mayak rolunu oynayacaq. Onun nəzəriyyələri hazırda nəqliyyat, aviasiya, energetika və hərbi sahədə, o cümlədən məişətdə geniş tətbiq olunur. İnsanların həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən bu nəzəriyyələr müasir idarəetmə və informasiya-kommunikasiya texnologiyalarının əsaslarının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır.

 

 

 





Baxış sayı: 578

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024