12px13px15px17px
Tarix:05/02/21

“iPhone 13” smartfonunun xüsusiyyətləri açıqlanıb

Yeni “Apple” smartfonları təkmilləşdirilmiş kamera sistemi ilə təchiz ediləcək. Bu barədə “MacRumors” nəşrinin “Barclays” analitiklərinə istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, analitiklər Bleyn Kertis və Tomas Omelli tərəfindən sərmayədarlar üçün tərtib edilən məlumata görə, buraxılışı 2021-ci ilə planlaşdırılan “iPhone” modellərinin əsas xüsusiyyəti yeni kamera olacaq. Mütəxəssislər dəqiqləşdirib ki, qurğuların enlibucaqlı obyektivləri təkmilləşdirilmiş (f/2.4-dən f/1.8-dək) apertura ilə təchiz olunacaq.

 

Bildirilir ki, müvafiq yeniləmə qurğunun kamerasına daha çox işıq almağa imkan verəcək ki, bu da pis işıqlandırma şəraitində çəkilən fotoşəkil və videonun keyfiyyətini artıracaq. “Barclays” analitikləri əmindir ki, təkmilləşdirilmiş kameralarla “iPhone 13” seriyalı bütün smartfonlar təchiz ediləcək. Həmçinin “13 Pro” və “13 Pro Max” modellərində teleobyektivlər “f/2.2” aperturasına və 65 millimetr fokuslama məsafəsinə malik olacaq ki, bu da kameranın xüsusiyyətlərini yaxşılaşdıracaq. Komponent hissələrin tədarükü ilə “Cirrus Logic” şirkəti məşğul olacaq.

 

Beləliklə, “Barclays” şirkətinin hesabatı tanınmış analitik Min-Çi Konun məlumatlarını təsdiq edir. Belə ki, o, noyabrda yeni “Apple” smartfonlarının fərqləndirici cəhətinin yeni kamera sisteminin olacağını bildirmişdi. Lakin analitikin fikrincə, yeniləmə ilə seriyanın yalnız qabaqcıl modelləri – “iPhone 13 Pro” və “13 Pro Max” təchiz ediləcək.

 

Nizam Nuriyev





Baxış sayı: 509

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024