Tarix:08/02/21
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, müvafiq sənəd Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumat bazasında yerləşdirilib. Fotoşəkillərə görə, ixtira edilən smartfon bütün tərəflərdən qurğunun korpusuna bükülən elastik ekrana malikdir. Təsvirə görə, belə konstruksiya qurğunun əsas funksiyalarından istifadə baxımından ön və arxa paneli bərabərləşdirir. Şirkət tərəfindən iki konseptual model qeydiyyatdan keçirilib. Birincisi, yuxarı qıraqdan düşən kameralar moduluna, ikincisi, "iPhone" kəsiyi üslubunda ekran elementinə malikdir. Orada ön kamera, danışıq dinamiki və sensorlar yerləşir. "Xiaomi" şirkətinin qurğunun hər iki versiyasını sınaqdan keçirməsi ehtimal olunur.
Prototip "USB-C" portu və qulaqcıq üçün 3,5 millimetrlik audioçıxış ilə təchiz edilib. Qurğunun dəqiq xüsusiyyətləri açıqlanmır.
Jurnalistlər qeyd edib ki, qurğu xarici görünüşünə görə "Xiaomi" tərəfindən 2019-cu ildə təqdim edilən "Mi Mix Alpha" smartfonunu xatırladır. İyirmi min yuan dəyərində qiymətləndirilən qurğu bütün ön tərəfi əhatə edən ekrana malik olub.
2020-ci ilin yayında "Xiaomi" şirkəti "Mi Mix Alpha" smartfonunun geniş satışlarından imtina etməsini bəyan edib. Şirkətin yaradıcısı Ley Tszyun bildirib ki, smartfon məqsədinə çatan sırf tədqiqat layihəsi olub.
Nizam Nuriyev
“iPhone” üslubunda çərçivəsiz “Xiaomi” smartfonu yaradılıb
"Xiaomi" şirkəti ekranı korpus ətrafına bükülən smartfon üçün patent hüququ alıb. Bu barədə Niderlandın "LetsGoDigital" nəşrinin məlumatında deyilir."ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, müvafiq sənəd Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) məlumat bazasında yerləşdirilib. Fotoşəkillərə görə, ixtira edilən smartfon bütün tərəflərdən qurğunun korpusuna bükülən elastik ekrana malikdir. Təsvirə görə, belə konstruksiya qurğunun əsas funksiyalarından istifadə baxımından ön və arxa paneli bərabərləşdirir. Şirkət tərəfindən iki konseptual model qeydiyyatdan keçirilib. Birincisi, yuxarı qıraqdan düşən kameralar moduluna, ikincisi, "iPhone" kəsiyi üslubunda ekran elementinə malikdir. Orada ön kamera, danışıq dinamiki və sensorlar yerləşir. "Xiaomi" şirkətinin qurğunun hər iki versiyasını sınaqdan keçirməsi ehtimal olunur.
Prototip "USB-C" portu və qulaqcıq üçün 3,5 millimetrlik audioçıxış ilə təchiz edilib. Qurğunun dəqiq xüsusiyyətləri açıqlanmır.
Jurnalistlər qeyd edib ki, qurğu xarici görünüşünə görə "Xiaomi" tərəfindən 2019-cu ildə təqdim edilən "Mi Mix Alpha" smartfonunu xatırladır. İyirmi min yuan dəyərində qiymətləndirilən qurğu bütün ön tərəfi əhatə edən ekrana malik olub.
2020-ci ilin yayında "Xiaomi" şirkəti "Mi Mix Alpha" smartfonunun geniş satışlarından imtina etməsini bəyan edib. Şirkətin yaradıcısı Ley Tszyun bildirib ki, smartfon məqsədinə çatan sırf tədqiqat layihəsi olub.
Nizam Nuriyev
Baxış sayı: 491
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet