“PlayStation 5” konsolunun çatışmazlığına səbəb nədir?
Yeni nəsil "PlayStation" oyun qurğularının defisiti konsolun istehsalı üçün komponentlərin çatışmazlığı ilə əlaqədardır. Bu barədə "ArsTechnica" nəşrinin "Sony" top-menecerlərinə istinadən məlumatında deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, Yaponiya şirkətinin maliyyə direktoru Hiroki Totoki "Sony" istehsalçısının növbəti rübün yekunlarına həsr edilən brifinq zamanı konsollar bazarında defisiti təsdiq edib. "Yarımkeçiricilər və digər komponentlərin çatışmazlığı səbəbindən "PlayStation 5" istehsalını artırmaq çətindir", – o qeyd edib. Şirkətin top-meneceri vurğulayıb ki, "Sony" bazarda artan tələbatı ödəyə bilməyib, lakin korporasiya bu məqsədə nail olmaq üçün əlindən gələni edəcək.
H.Totoki onu da qeyd edib ki, "PlayStation" bölməsinin Yeni il bayramı günlərində satışlardan və rəqəmli oyunlardan gəliri ötən ilin analoji dövrü ilə müqayisədə 50 faiz artıb. Top-menecer əlavə edib ki, "PlayStation 5" sahiblərinin 87 faizi "PlayStation Plus" abunəçisidir ki, bu da servisi gələcəkdə vacib gəlir amilinə çevirir.
"Sony" nümayəndələri tərəfindən oyun bölməsinin tarixində maliyyə ilinin ən yaxşı nəticələri proqnozlaşdırılır. Son rübdə şirkət 4,5 milyon ədəd "PlayStation 5" qurğusunun tədarükünü təşkil edib, ötən il ümumi mədaxil isə 22,7 milyard dollar olub.
Bir müddət əvvəl yeni nəsil konsollar üçün prosessorların təchizatı ilə məşğul olan "AMD" şirkətinin rəhbəri Liza Su bazarda defisitin olmasını etiraf edib. Onun sözlərinə görə, 2021-ci ilin ikinci rübündə "Sony" və "Microsoft" oyun qurğularının satışa çıxarılacağı gözlənilir. Bu səbəbdən "AMD" istehsal gücünü artırmaq niyyətindədir.
Nizam Nuriyev
Baxış sayı: 585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet