12px13px15px17px
Tarix:10/02/21

“Windows 10X” əməliyyat sisteminin yeni funksiyaları məlum olub

"Windows 10X" əməliyyat sistemində kompüterin kamerasının işə salındığı barədə xəbərdarlıq edən təhlükəsizlik indikatoru istifadəyə veriləcək. Bu haqda öz "Twitter" mikrobloqunda tərtibatçı Qustav Mons yazıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, Qustav Mons "Microsoft"un əməliyyat sisteminin beta-versiyasını araşdırıb. ƏS-nin panelində üzərində kamera piktoqramının təsviri olan indikator mütəxəssisin diqqətini cəlb edib. Onun sözlərinə görə, istifadəçi öz kompüterində veb-kameranı işə salarkən bu indikator işıq saçacaq.

 

Tərtibatçı bildirib ki, "10x" əməliyyat sisteminin yeni funksiyası istifadəçilərin şəxsi informasiyanı icazəsiz girişdən qorumağa imkan verəcək. Virusa yoluxmuş proqramlar kameranı kompüter sahibindən xəbərsiz işə sala və müəyyən şəxsi məlumatları (video və səs) ələ keçirə bilərlər.

 

Müəllif bu yeniliyə görə "Microsoft"u tərifləyib və əməliyyat sistemində işə salınmış mikrofon barədə xəbərdarlıq edən oxşar funksiyanın istifadəyə verilməsini təklif edib. Bu yenilik artıq smartfonlarda istifadə olunur. Məsələn, "iOS 14" sistemində kamera və mikrofondan istifadə zamanı sistem "iPhone"nun ekranındakı rəngli nöqtələr vasitəsi ilə istifadəçini xəbərdar edir.

 

Emil Hüseynov





Baxış sayı: 2099

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024