12px13px15px17px
Tarix:10/02/21

“Together for safer Internet” adlı vebinar keçirilib

Ölkəmizdə hər il Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir.

 

Bu gün ilə əlaqədar ənənəvi olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "İKT LAB" İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi və "Eurodesign" şirkətinin təşkilatçılığı ilə "Together for safer Internet" adlı vebinar keçirilib.

 

Vebinarda əsas məqsəd qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırma və maarifləndirmə işləri aparmaq, şagirdlərə və valideynlərə internetdən və onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etmək olub.

 

Vebinarın sonunda mövzu ilə əlaqədar suallar verilib və müzakirələr aparılıb.





Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024