12px13px15px17px
Tarix:11/02/21

“PlayStation 5” konsolunun gücü məlum olub

Yeni nəsil “Sony” konsolu testlərdə aktual “Nvidia GeForce RTX” videokartları əsasında oyun noutbuklarını üstələyib. Bu barədə “Notebook Check” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər “Nvidia GeForce RTX 3080”, “3070” və “3060” videokartları əsasında noutbukların məhsuldarlıq və enerji sərfiyyatını yoxlamaq və nəticələri “PlayStation 5” göstəriciləri ilə müqayisə etmək qərarına gəliblər. Yekunda müəlliflər belə nəticəyə gəliblər ki, oyun kompüterləri baha olsa da, “Sony” konsolundan geri qalırlar.

 

Cihazların maksimal gücünü müəyyənləşdirmək üçün mütəxəssislər test edilən qurğularda “Astro Playroom” və “The Witcher 3” oyunlarını 1080 piksel təsvir ölçüsündə işə salıblar. Məlum olub ki, gözləmə rejimində “PS5” təxminən 47 vatt enerji sərf edir. Bu, bütün fərdi oyun kompüterlərinin sərfiyyatından çoxdur. Müqayisə üçün qeyd edək ki, qabaqcıl “GeForce RTX 3080” videokartına malik “Gigabyte Aero 17” gözləmə rejimində maksimum 33 vatt sərf edir.

 

Oyunlarda da “PlayStation 5” rəqiblərini üstələyib. “Sony” konsolu təxminən 180-200 vatt enerji sərf etdiyi halda kompüterlər arasında lider – “GeForce RTX 3070” videokartlı “Schenker XMG Neo 17” modelinin göstəriciləri 176 vatt olub. “PS5” testlərdə maksimum 225 vatt sərf etdiyi halda “Schenker XMG Neo 17” kompüterində bu göstərici 259 vatt təşkil edib.

 

Jurnalistlər tərəfindən enerji sərfiyyatı göstəriciləri və oyun qurğularının məhsuldarlığı arasında bağlılıq aşkarlanıb. Test müəlliflərinin sözlərinə görə, “PS5” göstəriciləri konsolun gücə görə oyun stansiyalarına nə qədər yaxın olmasını nümayiş etdirir. Mütəxəssislər qeyd edib ki, bir sıra oyun kompüterləri “Sony” konsolundan 5 dəfə baha satılır.

 

Nizam Nuriyev





Baxış sayı: 545

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024