12px13px15px17px
Tarix:12/02/21

“Apple” və “TSMC” birlikdə “ağıllı” eynək hazırlayacaq

“TSMC” şirkəti əlavə reallıq qarniturunun hazırlanmasında “Apple” korporasiyasının tərəfdaşı qismində çıxış edəcək. Bu barədə “Nikkei” agentliyinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, ABŞ korporasiyası uzun müddətdir tərəfdaşlıq etdiyi “TSMC” ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Tayvan şirkəti “iPhone” smartfonları üçün yeganə prosessor tədarükçüsüdür. Tərəflər özündə “ağıllı” eynək funksiyalarını birləşdirəcək əlavə reallıq qarniturunun yaradılması ilə məşğul olacaqlar.

 

Məlumata görə, tərəfdaşlar “micro-OLED” tipli ekranlar hazırlamaq niyyətindədir. Bu ekranlar klassik “IPS” və ya “OLED” panelləri kimi şüşə altlıqda deyil, xüsusi lövhədə yerləşir. Yeni texnologiya qarnitur üçün optimal – nazik və enerjiyə qənaətcil displey kəşf etməyə kömək edəcək.

 

Vəziyyətlə tanış olan mənbələrin məlumatına görə, “Apple” və “TSMC” mütəxəssisləri tərəfindən hazırlanan “micro-OLED” ekranlarının ölçüsü təxminən 1 düym təşkil edir. Blogerlər qeyd edib ki, iki şirkətin birgə layihəsi ilkin mərhələdədir. Ekspertlərin proqnozuna görə, “ağıllı” eynək yaxın bir neçə ildə satışa çıxarıla bilər.

 

Agentliyin bildirdiyinə görə, “Apple” və “TSMC” layihəsi üzərində iş məxfi laboratoriyada aparılır.

 

Nizam Nuriyev





Baxış sayı: 476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024