12px13px15px17px
Tarix:13/02/21

Britaniyada hidrogen təcili yardım maşını hazırlanır

Böyük Britaniya şirkətinin saytında hidrogen yanacağı ilə işləyən yeni avtomobil layihəsi təqdim olunub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Belta" resursuna istinadən yazır ki, layihə "ZERRO (Zero Emission Rapid Response Operations – sıfır səviyyəli tullantıya malik təcili xidmət" adlanır. Məsələn, gələcəkdə Britaniyada təcili yardım maşınları 92 kilovat-saat tutumlu batareya, yanacaq elementləri və 8 kiloqram həcmli balonla təchiz oluna bilər.

 

Mühəndislərin qiymətləndirməsinə görə, göstərilən yanacaq ehtiyatı 320 kilometr məsafəni qət etməyə kifayət edəcək. Hidrogenli təcili yardım maşınının yükqaldırma qabiliyyəti 900 kiloqram təşkil edir. Prototip 145 km/saat sürətlə hərəkət edir. Rəsmi təqdimat payıza planlaşdırılır.

 

Nizam Nuriyev





Baxış sayı: 1087

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024