“iPhone 13” smartfonunun əsas xüsusiyyəti açıqlanıb
Yeni “Apple” smartfonu daim qoşulu vəziyyətdə olan ekrana malik olacaq. Bu barədə “EverythingApplePro” təxəllüslü blogerin “YouTube” kanalında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, bloger Maks Veynbaxın məlumatına görə, “iPhone 13” seriyalı qurğular həmişə aktiv qalan ekranlarla buraxılacaq. Müəllif izah edib ki, smartfon displeyində daim saat və akkumulyatorun enerji qalığını göstərən indikator göstəriləcək. Bu, istifadəçilərə ekranı aktivləşdirmədən və smartfonu blokdan çıxarmadan dəqiq saatı öyrənməyə imkan verəcək.
Həmçinin bildirilir ki, payıza planlaşdırılan “Apple” smartfonlarına arxa fon bulanıqlığı effektinə malik təkmilləşdirilmiş portret şəklində videoçəkiliş funksiyası əlavə ediləcək. Bundan başqa, qurğulara Ay, ulduz və digər kosmik obyektlərin yüksəkkeyfiyyətli şəkillərini çəkməyə imkan verən yeni rejim quraşdırılacaq.
Məlumata görə, “iPhone 13” seriyalı bütün smartfonlar daha güclü maqnitlərlə təchiz ediləcək. Blogerlərin sözlərinə görə, bu, “MagSafe” enerji standartının səhvsiz işləməsi üçün lazımdır. Bundan əlavə, yeni maqnitlər sayəsində “MagSafe” aksesuarları, məsələn, çexollar smartfonlara daha sıx yapışacaq.
Sorğu məlumatlarının göstərilməsi üçün daim qoşulu ekran funksiyası əksər “Android” smartfonlarında mövcuddur. Məsələn, oxşar funksiyaya (Always-On Display) “Samsung” smartfonları malikdir. 2019-cu ildə daim aktiv ekran funksiyası “Apple Watch 5” saatlarına quraşdırılıb.
Nizam Nuriyev
Baxış sayı: 485
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet