Çində 342 milyon onlayn təhsil istifadəçisi var
2020-ci ilin sonuna yaxın Çində onlayn təhsil istifadəçilərinin sayı 342 milyon nəfərə yaxınlaşıb ki, bu da ölkənin internet istifadəçilərinin ümumi sayının 34,6%-nə bərabərdir. Bu barədə Çində internetin inkişafı barədə hesabatda deyilir.
"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, bu artım onlayn təhsil sahəsi üçün perspektivli gələcəyə işarə edir və bu, ölkə üzrə təhsilin balanslaşdırılmış inkişafına imkan yaradacaq.
2020-ci ilin noyabrına olan məlumata görə, Çində ibtidai və orta məktəblərin 99,7%-i internetə çıxış imkanına malik olublar.
Ötən ilin oktyabr-yanvar ayları ərzində Çində onlayn təhsil sahəsində 82 min yeni şirkət təsis edilib. 2020-ci ilin ilk 11 ayı ərzində bu sektora ümumilikdə təxminən 6 milyard dollar xərclənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% daha yüksəkdir.
Emil Hüseynov
Baxış sayı: 504
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet