Qatlanan “iPhone” elektron qələmlə işi dəstəkləyəcək
İlk bükülən “Apple” smartfonu rəqəmli qələmlə işi dəstəkləyəcək. Bu barədə “EqualOcean” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər mütəxəssisləri “Apple” layihələri haqqında informasiyanı izləyən “Omdia” agentliyinin məxfi hesabatına istinad edirlər. Son məlumatlara görə, ABŞ şirkəti stilus dəstəkli smartfon yaratmaq niyyətindədir. Qurğunun “iPad Pro” planşeti üçün nəzərdə tutulan “Apple Pencil” ilə işləyəcəyi və ya şirkət mühəndisləri tərəfindən xüsusi stilus hazırlanacağı dəqiq məlum deyil.
Həmçinin mənbələr gələcək qatlanan “iPhone” smartfonunun bükük form-faktorla təchiz ediləcəyi ilə bağlı informasiyanı təsdiq ediblər. Model vizual baxımdan “Samsung Galaxy Z Flip” smartfonuna bənzəyəcək. Açılı vəziyyətdə qurğunun ekranının diaqonal ölçüsü 6,7 düym təşkil edəcək. İstehsalçı tərəfindən qurğunun ekranını zədələrdən və çoxsaylı açılma hallarından qoruyacaq “Ceramic Shield” şüşəsindən istifadə ediləcək.
Analitiklərin fikrincə, yeni “Apple” smartfonu yaxın bir neçə il ərzində buraxılacaq. Onun qiyməti orta satış qiymətindən aşağı olacaq. Bu, yaxın iki ildə elastik ekranlı smartfonların istehsalı üçün lazım olan komplekt hissələrin qiymətinin ucuzlaşacağı ilə əlaqədardır.
Nizam Nuriyev
Baxış sayı: 835
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet