12px13px15px17px
Tarix:19/02/21

Pandemiya dövründə internetin pik trafikində artım 47 faizə çatıb

2019-2020-ci illərdə “COVID-19” pandemiyası dövründə internetin ümumi tutumu 35 faiz – 450 terabit/saniyədən 600 terabit/saniyəyədək artıb. Bu barədə məlumat dünya telekommunikasiya bazarının tədqiqi ilə məşğul olan “TeleGeography” şirkətinin 2021-ci il üçün qlobal internet xəritəsində (Global Internet Map) təqdim olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab.” resursuna istinadən yazır ki, qeyd olunan dövr ərzində internet tutumunun pik göstəricisi 300 terabit/saniyəyə çatıb. Son bir neçə ildə pik trafik ildə orta hesabla 30 faiz artıb. 2019-2020-ci illərdə pik trafikin artım göstəricisinin 28 faiz təşkil ediləcəyi proqnozlaşdırılsa da, pandemiya səbəbindən 47 faiz olub.

 

Pandemiya dövründə internet şəbəkəsinin tutumunda ən böyük artım Avropada müşahidə olunub. 2020-ci ildə internet trafikinin mübadiləsində ən çox yüklənmiş nöqtələr növbəti dəfə “DE-CIX FRA” (Frankfurt, Almaniya) və “AMS-IX” (Amsterdam, Niderland) olub. Bu ölkələrdə pik trafik təxminən 7 terabit/saniyə təşkil edib. Buna baxmayaraq 2020-ci ildə istifadəyə verilən yeni internet trafiki mübadiləsi nöqtələrinin sayı son 5 ildə ən az olub.

 

Nizam Nuriyev





Baxış sayı: 503

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024