12px13px15px17px
Tarix:19/02/21

İsraildə istənilən traktoru sürücüsüz aparata çevirməyə imkan verən avtonom idarəetmə sistemi hazırlanıb

İsrailin “Blue White Robotics” şirkəti istənilən traktoru sürücüsüz aparata çevirməyə imkan verən avtonom idarəetmə sistemi hazırlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, sözügedən sistem lidar, kameralar, peyk naviqasiya sistemindən gələn siqnalların qəbuledicisi və maneə ilə toqquşarkən dayanmağa kömək edən qoruyucu bamperdən ibarətdir. Həmçinin istehsalçılar, məsələn, qəza zamanı fermanın işçilərinə traktorun işini dayandırmağa imkan verən alət də nəzərdə tutublar.

 

Şirkət tərəfindən hazırlanmış proqram təminatı sürücüsüz qurğuları uzaqdan idarə etməyə və onlar üçün marşrutlar yaratmağa imkan verir. “Blue White Robotics” şirkəti sistemi abunə yolu ilə satmaq niyyətindədir. Şirkətin mütəxəssisləri hesab edirlər ki, bu sistemin tətbiqi ilə traktorların işinin avtomatlaşdırılması nəticəsində fermaların xərcləri azalacaq.

 

Emil Hüseynov





Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024