BMT-nin baş katibi rəqəmsal məlumatların kütləvi toplanılması təhlükəsi haqqında xəbərdarlıq edib
BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasının açılışında çıxış edən sözügedən təşkilatın Baş katibi Antonio Quterreş “COVID-19” pandemiyası nəticəsində rəqəmsal məlumatların kütləvi toplanılması təhlükəsi haqqında xəbərdarlıq edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, "COVID-19 pandemiyasının informasiya təbliğatı rəqəmsal platformaların daha da geniş nüfuzetməsi, məlumatlardan sui-istifadə baxımından narahatçılıq doğurur. Hər kəs haqqında böyük həcmdə informasiya massivi toplanılır. Ancaq biz bu informasiya massivinə çıxışa malik deyilik. Bu informasiyanın necə, kimlər tərəfindən və hansı məqsədlə toplanılmasını bilmirik" – o deyib.
Quterreşin sözlərinə görə, bu məlumatlar reklam və marketinq daxil olmaqla kommersiya məqsədləri üçün istifadə olunur, müəyyən davranış modelləri formalaşdırılır ki, bu da var-dövlətin və bərabərsizliyin artmasına səbəb olan yeni biznes modellərinin və tamamilə yeni sahibkarlıq sahələrinin yaranmasına səbəb olur.
"Haqqımızda toplanılmış məlumatlar, həmçinin şüurumuzu formalaşdırmaq və qavrayışımızı idarə etmək üçün istifadə olunur, həm də bu, tamamilə gizli bir şəkildə baş verir. Hökumətlər öz vətəndaşlarının davranışına nəzarət etmək üçün bu məlumatlardan istifadə edə bilərlər ki, bu da insan hüquqlarının pozulmasıdır. Bütün bunlar elmi fantastika və XXII əsr üçün antiutopik proqnoz deyil. Bu, indi baş verir. Buna görə ciddi müzakirəyə ehtiyac var" – BMT-nin baş katibi vurğulayıb.
Emil Hüseynov
Baxış sayı: 612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet