İlk “Huawei” monitoru Avropada satışa çıxarılıb
“Huawei” şirkəti ötən ilin sonunda Çində kommersiya istifadəsi üçün nəzərdə tutulan “MateStation B515” fərdi kompüterinin satışlarına başlayıb. Kompüter dəsti monitor, siçan və klaviaturadan ibarət olub.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bu dəfə isə şirkət Avropa regionunda qeyd olunan dəstə daxil olan ilk monitorun satışlarına başlayıb. “Huawei Display 23.8” monitoru üçün ilkin sifarişlər 159 avrodan qəbul edilir. Sifarişi rəsmiləşdirən istifadəçilər 30 avro məbləğində endirim qazana bilərlər. Satışlara martın 17-dən etibarən başlamaq planlaşdırılır.
Qurğu 1920 x 1080 təsvir ölçülü 23,8 düym diaqonallı ekranla təchiz edilib, 60 giqahers yeniləmə tezliyini və gözdən qoruma texnologiyasını dəstəkləyir. Baxış bucağı 178 dərəcəyə bərabərdir, eləcə də ekran ön səthin 90 faizini əhatə edir. Yuxarı və yan çərçivələrin eni 5,7 millimetr təşkil edir.
Ekran 1000:1 nisbətində kontrastlıqla xarakterizə olunur və “NTSC” rəng məkanının 72 faizini əhatə edir. Siqnal mənbələrinin qoşulması üçün “HDMI” və “VGA” portları nəzərdə tutulub. Displeyin konstruksiyası onu əyməyə və hündürlüyü tənzimləməyə imkan verir.
Nizam Nuriyev
Baxış sayı: 435
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet