12px13px15px17px
Tarix:24/02/21

Çində “5G” üçün 718 min baza stansiyası quraşdırılıb

Çində “5G” rabitə standartı üçün quraşdırılmış baza stansiyalarının ümumi sayı 718 minə çatıb ki, bu da dünyada mövcud olan belə stansiyaların təxminən 70%-ni təşkil edir. Bu haqda Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Lyu Lexun deyib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, Çində beşinci nəsil rabitə standartına təxminən 200 milyon terminal qoşulub. “5G” texnologiyasına malik 2,18 milyondan çox mobil telefon Çində satışa çıxarılıb.

 

Çinin aparıcı mobil operatorları 2019-cu ilin oktyabr ayının sonundan əhaliyə beşinci nəsil rabitə xidmətləri göstərməyə başlayıblar. 2020-ci ildə ölkədə “5G” rabitə standartı üçün təxminən 580 min baza stansiyası quraşdırılıb. Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, 2021-ci ildə 600 mindən çox yeni stansiyanın quraşdırılması planlaşdırılır.

 

Emil Hüseynov





Baxış sayı: 610

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024