“Xiaomi” avtomobil buraxacaq
“Xiaomi” şirkəti yaxın illər ərzində avtomobil buraxa bilər. Bu barədə Çinin “Donews” nəşrinin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, məlumata görə, “Xiaomi” top-menecerləri avtomobil bazarına daxil olmaq imkanını öyrənirlər. Blogerlər qeyd edib ki, korporasiya avtomobilin yaradılması ilə bağlı dəqiq plana malik olmasa da, yaxın vaxtlarda layihə haqqında daha ətraflı məlumat yayıla bilər.
Həmçinin bildirilir ki, müvafiq layihəyə nəzarət bilavasitə şirkətin təsisçisi Ley Tszyun tərəfindən həyata keçiriləcək. “Xiaomi” nümayəndəsinə məsələyə münasibət bildirmək üçün müraciət edən jurnalistlərə sorğuya cavabın bir müddət sonra veriləcəyi bildirilib.
“Xiaomi” rəhbərliyinə yaxın daha bir mənbənin məlumatında oxşar planların mövcudluğu təsdiqlənsə də, korporasiyanın avtomobili yaxın illərdə təqdim etməkdə maraqlı olmaması vurğulanıb. Onun sözlərinə görə, şirkət smartfonlar bazarında böyük paya sahib olduğundan bu seqmentin inkişafı prioritetlik təşkil edir. Bundan başqa, “Xiaomi” Çinin “Baidu” şirkəti kimi pilotsuz texnologiyalar sahəsində texnologiyalara malik deyil.
Nizam Nuriyev
Baxış sayı: 459
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet