“Realme Narzo 30 Pro 5G” smartfonu təqdim edilib
“Realme” şirkəti orta səviyyəli “Narzo 30 Pro 5G” smartfonunu nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu 120 giqahers olmaqla yüksək yeniləmə tezliyinə malik 6,5 düym diaqonallı ekranla təchiz edilib. 2400 × 1080 pikselli “Full HD ” formatlı matrisa tətbiq edilib. Ekran ön səthin 90,5 faizini əhatə edir. Panelin sağ yuxarı küncündə kiçik kəsikdə 16 meqapikselli ön kamera yerləşir.
Əsas kamera üç obyektivdən ibarətdir. Bu, maksimal f/1,8 diafraqmalı 48 meqapikselli blok, ultraenlibucaqlı optikalı (119 dərəcə; f/2,3) 8 meqapikselli modul, eləcə də 2 meqapikselli makromoduldur.
2,4 takt tezlikli səkkiznüvəli, “ARM Mali-G57 MC3” qrafik bloklu və “5G” modemli “MediaTek Dimensity 800U” prosessorundan istifadə edilib. Qurğu enerjini 30 vatlıq “Dart Charge” sürətli enerjidoldurma dəstəyinə malik 5 min milliamper/saat tutumlu güclü akkumulyatordan alır.
Smartfon yan daktiloskopik skaner, “Wi-Fi 802.11ac” (2,4/5 giqahers) və “Bluetooth 5” adapterləri, “Dolby Atmos” audiosistemi, qulaqcıq üçün 3,5 millimetrlik çıxış və “USB Type-C” portu ilə təchiz edilib. Qabaritlər 162,2 × 75,1 × 9,1 mm, çəki 194 qram təşkil edir.
Smartfona “Realme UI” proqram təminatlı “Android 10” əməliyyat sistemi quraşdırılıb. “Realme Narzo 30 Pro 5G” modeli 6 və 8 giqabaytlıq operativ yaddaş, 64 və 128 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyalarda buraxılıb. Qiymət müvafiq olaraq 235 və 275 dollara bərabərdir.
Nizam Nuriyev
Baxış sayı: 458
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet