12px13px15px17px
Tarix:25/02/21

“Apple” rəhbəri 2020-ci ilə yekun vurub

“Apple” şirkətinin rəhbəri Tim Kuk 2020-ci ili innovasiyalar üçün ən yaxşı il adlandırıb. Bu barədə korporasiya rəhbəri “Weibo” saytında dərc edilən müsahibədə bildirib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, T.Kuk Pekinin Poçt və Telekommunikasiya Universitetinin 22 yaşlı tələbəsi He Şitsze ilə həmsöhbət olub. On səkkiz dəqiqə davam edən söhbətdə sahibkar 2020-ci ili “Apple” üçün şirkət tarixində ən yaxşı innovasiyalar ili adlandırıb. O qeyd edib ki, korporasiya uğurlu “iPhone” smartfonları, “Apple Watch” saatı və “M1” prosessorunu buraxıb.

 

Tələbənin T.Kuk və onun komandasının stresin öhdəsindən necə gəlməsi ilə bağlı suala sahibkar bildirib ki, “Apple” əməkdaşları yeni məhsullardan enerji alırlar. “Vahid innovasiya formulu mövcud deyil. Bizim işimiz yaradıcılıq və əməkdaşlıq mədəniyyətinin birləşməsidir”, – “Apple” rəhbəri vurğulayıb.

 

Sonda ABŞ şirkətinin rəhbəri iş axtarışında olan ali məktəb məzunlarına məsləhət verib. T.Kuk şirkətin banisi Stiv Cobsdan sitat gətirib: “Siz bunu tapanda biləcəksiniz. Əgər siz onu hələ tapmamısınızsa, onu axtarmaqda davam etməlisiniz”.

 

Nizam Nuriyev





Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024