12px13px15px17px
Tarix:25/02/21

“LG webOS” platforması digər istehsalçıların televizorlarına quraşdırılacaq

Cənubi Koreyanın “LG Electronics” (LG) şirkəti “webOS” əməliyyat sisteminin ekosistemini genişləndirib. Belə ki, bundan sonra proqram platforması digər istehsalçıların “ağıllı” televizorlarına da quraşdırılacaq.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, hazırda dünyanın 20-dən çox televizor istehsalçısı “webOS” ekosisteminə qoşulmaq arzusunu ifadə edib. Onlar arasında “RCA”, “Ayonz” və “Konka” kimi brendlər sadalanır. Perspektivdə tərəfdaşların sayının artacağı gözlənilir.

 

“LG” nümayəndələrinin sözlərinə görə, “webOS” sisteminin inkişafı “Realtek”, “Nuance”, “Gracenote”, “CEVA” və “Universal Electronics” kimi texnoloji şirkətlər tərəfindən dəstəklənir.

 

“webOS” əsasında televizorlar “Netflix”, “YouTube” və “Amazon Prime Video” daxil olmaqla populyar striminq və onlayn xidmətlərə istifadəyə imkan verir.

 

Nizam Nuriyev





Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024