“Apple” smartfonların satış həcminə görə “Samsung”u ötüb
"Apple" son 4 ildə ilk dəfə rüb ərzində smartfonların satış həcminə görə "Samsung"u ötüb. Bu haqda "Gartner"in hesabatına istinadən "9to5mac" nəşri məlumat verib.
"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, smartfon bazarının təhlili üzrə ixtisaslaşmış agentliyin məlumatına görə, 2020-ci ilin dördüncü rübündə "Apple"ın satış həcmi illik hesablama üzrə 14,9% artıb. Eyni zamanda ABŞ korporasiyasının əsas rəqiblərindən biri olan "Samsung" şirkətində telefonların tədarük həcmi 11,8% azalıb. 2020-ci ildə "Apple" şirkətinin bazar payı 3,3% artıb, halbuki "Samsung"un satış həcmi 14,6% azalıb.
"Samsung" şirkəti qlobal bazarda güclü rəqabətlə üzləşib. Çin şirkətlərinin ("Xiaomi", "Oppo" və "Vivo") güclü rəqabəti nəticəsində Cənubi Koreya korporasiyasının bazar payı azalıb. Lakin bütün bunlara baxmayaraq Cənubi Koreya şirkəti qlobal smartfon bazarında liderliyini qoruyub saxlaya bilib.
Emil Hüseynov
Baxış sayı: 511
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet